Qarabağda Daşnaqlar oyuncaq referendum keçirir, bəs biz nə edirik?…

20/02/17 8:28

 

Tarixçi alim Dilavər Əzimlinin mövqeyini təqdim edirik.

Ermənilər Dağlıq Qarbağda referendum keçirirlər. Qarabağ adından imtina edirlər. Bununla sübut etmək istəyirlər ki, bu ərazinin Azərbaycanla heç bir bağlılığı yoxdur. Bu debillər qanmırlar ki. qoyacaqları ad Artsak da bizim sözdən əmələ gəlibdir. Yəni. Ər Sak deməkdir. Sözüm onda yox… Məni əsəbiləşdirən Azərbaycanın mərkəzində bu əclafların at oynatmasıdır. Hələ bu azmış kimi daşnak Sərkisyan da deyir ki, Azərbaycan tərəfi Xankəndində çay içmək istəyirdi, amma Kəlbəcər və Laçında da bunu içməyə həsrət qaldı. Dostlar, sizi bilmirəm, bu sözlər mənə güllə kimi dəydi. Vaxtilə Əbülfəz Elçibəy hakimiyyəti zamanında az qala Xankəndini də azad edəcəkdik Sonra nə oldu? Regionda maraqlı olan qüvvələr aramıza nifaq saldı. Ölkədə iç savaş başladı. Hakimiyyət uğrunda əsl döyüş getdi. Zərbəsi də Vətənə dəydi. İndi də dığa bu cür danışır. Bəs biz bu 26 ildə nələrə nail olduq. Bir rayonu azad edə bildikmi? Niyə edə bilmədik? Təbii ki, cavab aydındır: dünyanın iri dövlətləri imkan vermədi. Bunu mən də başa düşürəm. Amma bu bizi sakitləşdirə bilməz. Çünki torpaq itkisi çox ağırdır. Məncə biz bu addımı atmalıyıq. Amma buna qədər nələri etmək lazımdır? İlk növbədə vətəndaş həmrəyliyinə nail olmaq lazım gəlir. Bunu etmək mümkündürmü? Bu günki proseslər baxımından real görünmür. Ölkəmizdə az qala sinfi mübarizə gedir. Getdikcə kazıblaşan proletar təbəqəsi və bol-bol sərvətlər yığan “burjua” təbəqəsi…Müxalifət və iqtidar da az qala düşmənə çevriliblər. Hər iki tərəf bolşevik davranışı ilə davranır. Normal cəmiyyətin alinmasında bu ciddi maneədir. Bu gün Azərbaycanda xüsusi təbəqə formalaışb ki, bunlar arasında düşmənçilik toxumu səpir. Çünki həmin təbəqə normal cəmiyyətdə idarəçilikdən kənarda qalacaqdır. Onların müxalifət içərisində güclü adamları vardır. Bundan əlavə xüsusi jirnalist təbəqəsi də formalaşdırıblar. Bunlar yaltaq və şərəfini itirənlərdir. Bir əməkdar jurnalist adına nəyi desən qurban verərlər. Bizim üçün İkinci addım parlamentdir. Bu parlamentlə biz nə edə bilərik? Demək, xalqın seçdiyi parlament olamlıdır ki, xalq oraya seçilən deputatlarla işləyə bilsin. İndiki deputatları xalqın neçə faizi qəbul edir? Bizim bu deputatlar rayonlarda ancaq İcra başçılarının sarayını tanıyır. Onlar İcra başçılarından asılı vəziyyətdədirlər. Göründüyü kimi, bizim vətəndaş həmrəyliyimizin alınması üçün nə qədər baryerlər vardır. Bunu ürək yanğısı ilə yazıram. Çünki Qarabağ bizim namus, qeyrət məsələmizdir. Biz bu problemi həll etməliyik. Bunun hərbi yoldan başqa alternativi yoxdur. Dünyada elə proseslər gedir ki, vəziyyət bizim xeyrimizə dəyişə bilər. Rusiya Qafqazda ciddi sarsıntılarla üzləşəcəkdir. Qardaş Türkiyə Suriyada qələbə çalmaqdadır. Bu erməniləri dərindən narahat edir. Bu baxımdan biz sabaha hazır olmalıylq. Hazır olmağın yolu isə yuxarıda sadaladığım faktorların həllindən keçir. Əks halda, bizi daha ağır sınaqlar gözləyir!

Transqafqaz.com

BəyənDaha çox reaksiya göstər

Rəy bildir