XVll əsrin 70 ci illərində Eçmiadzin (“Üç müəzzin”) patriaxtı IV Yakov ilə, Yerusəlim erməni patriaxı arasında münaqişə baş verir. Səbəb isə Kilsələ rituallarında istifadə edilən müqəddəs yağ (mirro) satışına nəzarət olub.
IV Yakov Osmanlı sultan IV Mehmedə müraciət edir və müqəddəs yağın satışına nəzarət üçün icazə alır. Bir müddət sonra isə Yerusəlim patriaxtı Osmanlı Divanını inandırmağı bacarır ki, bu çox böyük məbləğ pulları osmanlı ərazisindən kənara çıxmamalıdır və qərarı ləğv etdirir.
Yakov isə böyük borcların içində boğulmağa başlayır və ən böyük səhvi isə mübarizəni davam etdirmək olur. Gürcüstan və Albaniya yepiskoplarından da pul ala bilməyən Yakov İstambula yola düşür.
Bu zaman 1674 cü ildə, onunla birlikdə nestorian təriqətli İSRAEL ORİ də Avropaya gedir.
Yolda qəflətən Yakov ölür. Bir müddət İsrael Oridən xəbər gəlmir. Nəhayət 20 ildən sonra başqa sifətdə geri dönür.
Avropa katoliklərinin sifarişi ilə “hüquqları pozulmuş” xristianların müdafiəsi üçün yeni libasda gələn İsrael Ori, Azərbaycandakı xristian məlikləri ilə birlikdə Müqəddəs Roma İmperiyasının imperatoru I Leapolda, Toskaniya hersoqu İohan Vilhelmə, Roma papasına , I Pyotra xristianların təqib edilməsi haqqında məktublar göndərirlər.
Qarabağdakı xristianlar kripto (gizli) katoliklər idi.
İsrael Ori isə erməni (ermənilik dini icma idi) yox, nestorian idi. Bu problemlərdən danışarkən şərqdəki dini təriqətlərdən bəhs etmək mütləqdir. Bunlardan Nestorianlar, Yakovitlər, Melxitlər, Ermənilər, Koptlar,
İzuitlər çoxluq təşkil edirdilər. Hətta nestorianların, yakovitlərin, ermənilərin öz əlifbaları var idi.
Ümumiyyətlə Osmanlı ərazisində dini icmalar çox idi.
Artıq qarşıdurma başlanmış, Qarabağın altına məktublar vasitəsilə bombalar yerləşdirilmişdi.
Ola bilsin ki, bu məktublardan məliklərin xəbəri yox idi, amma ox yaydan çıxmışdı. Kart-blanş (imzalı, möhürlü kağız) tipli, açılması böyük fəlakətlərə səbəb olan məktublar lazım olan məntəqələrə göndərilmişdi.
İsrael Ori I Pyotrdan onu Roma Papasının rəsmi nümayəndəsi kimi qəbul etməsini xahiş edir və cavab almır, amma I Pyotrun dəftərxanasına daxil olan məktubda, Səfəvi şahı Sam Mirzədən xristianları müdafiə etməsi xahiş olunur. Dəftərxanadan Şaha xristianları əfv etməsi haqqında məktub göndərilir.
Maraqlı odur ki, tarixçi Gerasim Ezov öz tarixi kitablarında təhriflərə yol verərək məktublardakı nestorianların, xristianların adını ermənilər kimi yazır ki, bu da böyük münaqişələrə səbəb olur.
Məlumdur ki, Avropa ədəbiyyatlarında Arminiya XVll əsrədək fiziki -coğrafi məkan kimi, XlX əsrə qədər isə dini icma (ermənilik) kimi verilir.
Tarixçi – alim. Şahlar Hacıyev
Qraf De Şole ( Fransız səyyahı): «ermənilərin yoxsulluq və əzab-əziyyət çəkməsi məndə onlara qarşı böyük rəhm oyatmasına baxmayaraq, onların haramzadalığı, kələkbazlığı o dərəcədə biabırçı, o qədər hiddətləndirici idi ki, mən heç vaxt onlara bağlana bilməzdim».