“Xəmsə” məliklikləri kimlər idi? – Vərəndə, Xaçın, Dizaq, Çiləbörd və Gülüstan.
Erməni klassik Raffi Qarabağa köçən, buradakı bəzi torpaqları ələ keçirən və sonra Alban knyazı Həsən-Cəlalın zəifləmiş nəsli ilə qohumluq əlaqələri quran erməni qəbilələrini sadalayır.
Müxtəlif xidmətlərə görə, Azərbaycan hökmdarları bu köçkünlər üçün məlik titulu verir və ya təsdiq edirdilər, nəticədə yuxarı Qarabağda beş məliklik (Xəmsə məlikləri) yarandı. Məlik adı “mülk” sözündən gəlir.
Bu məliklərin etnik mənsubiyyəti ilə əlaqədar olaraq Raffi “Xəmsə Məlikləri” kitabında qeyd edir ki, Həsən-Cəlalın nəslindən olan Xaçenın Alban hökmdarından başqa digər dörd məlik bu torpaqlara yeni gəlmişlər:
“Qarabağda hökm sürən beş məliklikdən , yalnız Xaçen hökmdarları yerli sakinlər idi, qalanları isə başqa yerlərdən gələn köçkünlər idi. ”
“Bu torpaqlar … bir vaxtlar Ağvan krallığının tərkibində idi, hansıki sonralar erməni məliklərinin sığınacağına çevrildi.”
Raffi kitabından məlum olur ki, XVII-XVIII əsrlərdə. Alban Xaçen nəsli zəiflədi və bir-biri ilə savaşan beş xəttə bölündü. Bu zəiflikdən istifadə edən erməni quldur dəstələri buraya nüfuz etməyə başladı, nəticədə qohumluq əlagəsinə girib, Həsən-Cəlalın alban ailəsinin qolları ilə birləşdilər.
BƏS HƏSƏN-CƏLALIN NƏSLİ KİMLƏRDƏN İDİ?
Məşhur Qafqaz alimi, sovet akademiki İ.A.Orbelinin araşdırmasına görə, XII əsrdə Alban Xaçen knyazlığının qurucusu Həsən-Cəlal Dovlanın Zəkəriyyə Nəsr Dovla və İvane Atabeg adlı qardaşları olmuşdur.
Adları və Azərbaycanın Atabəylər nəslinə işarə, knyaz ermənilərlə heç bir əlaqəsinin olmadığını açıq şəkildə göstərir. Bunu 19-cu əsrin məşhur Fransız alimi Sent-Marten də təsdiqləyir, və Həsən-Cəlalın qardaşlarının və ətrafının Azərbaycan Atabəylər-İldəgizlər nəslinə aid olduğunu yazır.
Beləliklə biz bildik ki, ermənilərin Qarabağın “köklü” sakinləri və az qala müstəqil dövlətləri kimi qələmə verdikləri məlikliklər, çoxluq etibarı ilə, qəlmə olduğu məlum olur. Və Qarabağın keçmişdə Alban knyazlarının hakimiyyəti altında olması da qeyd olunur.
Rizvan Huseynov