Qazaxıstan Bakıda terminal tikəcək

12/09/23 8:23

🇰🇿🇦🇿 Qazaxıstan Bakı limanında terminal tikməyi planlaşdırır

Bunu Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel “Azərbaycan-Qazaxıstan münasibətləri: regional əməkdaşlıq” mövzusunda keçirilən dəyirmi masada deyib.

“Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TİTR) müvafiq şərtlər daxilində Qazaxıstan ixracatını yükləmək iqtidarındadır. Qazaxıstan Bakı limanında öz terminalını tikməyə hazırdır. Hazırda bu məsələ ilə bağlı danışıqlar aparırıq”, – o vurğulayıb.

Onun sözlərinə görə, nəqliyyat və logistika sektoru Azərbaycan və Qazaxıstan arasında əməkdaşlığın “onurğa sütununa” çevriləcək.

“Mövcud geosiyasi vəziyyət çox çətindir, lakin bu, bizə unikal imkanlar təqdim edib. Həm Qazaxıstan, həm də Azərbaycanın hər şeyə siyasi cəhətdən əsaslı və düzgün baxışı var. Biz operativ, tez hərəkət etməliyik”, – səfir əlavə edib.

Hazırda Çini və Mərkəzi Asiya ölkələrini Xəzər dənizi, Cənubi Qafqaz ölkələri və Türkiyə vasitəsilə Avropa ilə birləşdirən TMTM əsas inkişaf nöqtələrindən birinə çevrilib və digər ölkələrin diqqətini getdikcə daha çox cəlb edir. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bu marşrutu Qazaxıstanın tranzit və ixrac imkanlarının daha dolğun reallaşmasına töhfə verən “əsas halqa” adlandırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir