Qazaxıstan və Qırğızıstan HƏRBİ TƏLİMLƏRİ

26/08/23 1:29

🇰🇬🇰🇿 İssık-Kulda Qırğızıstan və Qazaxıstan xüsusi təyinatlılarının təlimi başa çatıb

“Erdik” birgə taktiki-xüsusi təlimi zamanı hər iki ölkənin hərbi qulluqçuları qanunsuz silahlı birləşmələrin məhv edilməsi üzrə tədbirlər hazırlayıblar.

Manevrlər ilk dəfə Qırğızıstan ərazisində keçirilib. Onlara 300 nəfər, 30 ədəd xüsusi və aviasiya texnikası və artilleriya cəlb edilib.

Təlim Qazaxıstanın müdafiə naziri Ruslan Jaksılıkovun Qırğızıstana səfəri ilə eyni vaxta təsadüf edir. Tərəflər ölkələr arasında ikitərəfli hərbi və hərbi-texniki əməkdaşlığın möhkəmləndirilməsi və inkişaf etdirilməsi məsələlərini müzakirə ediblər.

Qazaxıstan nümayəndə heyəti Qələbə meydanındakı “Əbədi məşəl” önünə gül dəstələri düzüb, bir sıra hərbi obyektlərə də baş çəkib.

@mediastan

Ömər Məmmədli

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir