CHP Sədri Kamal Qılıçdaroğlu, partiyasının qrup toplantısında çıxış edib. İqtidarın xarici siyasətini kəskin tənqid edən CHP lideri, Türkiyənin ilk dəfə torpaq itkisinə məruz qaldığına diqət çəkib. O deyib ki, “Bizə aid olan adalar Yunanıstan tərəfindən işğal edilib. Çiprasa gedir, soruşa bilmir” deyib. Qılıçdaroğlu, Prezident Rəcəb Tayyib Ərdoğanın ABŞ səfərinə münasibət bildirərək deyib ki, ” səfərin bu mərhələsində tənqid etmək istəmirəm amma oradan fərqli bir tablo ilə Türkiyəyə gələrsə yəqin ki, bizim də söyləyəcəklərimiz olacaqdır. İçəridə aslan kəsilib çöldə pişik roluna bürünməklə xarici siyasəti etməzsiniz” mesajını verib.
Transqafqaz.com
Kamal Əsgər