Qızılbaş irsi ilə bağlı Beynəlxalq konfrans keçirilir.

29/11/23 9:32

Bakıda “Azərbaycanda qızılbaşların irsi: tarixin izi ilə” konfransı keçirilir

Bakıda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Azərbaycanda qızılbaşların irsi: tarixin izi ilə” mövzusunda beynəlxalq konfrans keçirilir.

Tədbiri Azərbaycan Diaspora Dəstək Fondu Qızılbaş Qlobal İrs Şurasının təşkilatı ilə birgə təşkil edib.

Tədbirdə Pakistan, Türkiyə, ABŞ, Kanada, Böyük Britaniya, Sinqapur və Əfqanıstandan Qızılbaş Qlobal İrs Şurasının nümayəndələri, Milli Məclisin deputatları, Azərbaycan və Türkiyədən qızılbaş irsi tədqiqatçıları, müxtəlif dövlət qurumlarının nümayəndələri, qeyri-hökumət təşkilatlarının, hökumət təşkilatları və beynəlxalq strukturların nümayəndələri iştirak edirlər.

Məmmədli Ömər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir