Rusiya dövlətinin son 200-ildə apardığı siyasət Azərbaycan Respublikası üçün on minlərlə ərazi itkisi yüz minlərlə insan ölümü, milyonlarla insanın öz ata baba yurdlarından didərgin düşməsi ilə nəticələnmişdi. Ən acınacaqlısı odurki həmin proses indidə davam edir. Neçə olurki Rusiya istər Çeçenistanda, Dağıstanda və Kabardin Balkar Respublikasında apardığı hərbi əməliyyatı terrora qarşı mübarizə kimi qələmə verir. Lakin Azərbaycan Respublikası Dağlıq Qarabağ və işğal altında olan əraziləri erməni hərbi birləşmələrdən təmizləyib Azərbaycan qanunlarını bərpa etməsi beynəlxalq hüquq normalarının pozulması kimi göstərilir. Rusiyanın Tranpa olan ümidləri onun son çıxışında “Rusiya Krımı qeyri-şərtsiz qaytarmalıdı”, deməsi ilə bitdi. Bundan sonra Putin Donbass və Luqansk əhalisinə verilmiş pasportları Rusiya ərazisində tanınması barədə göstəriş verdi. Rusiya Krımda atdığı addımları Donbasda ata bilməyəcək. Rusiya pasportlarını paylaya bilməyəcək. Rusiya Dağlıq Qarabağ əhalisinə öz pasportlarını paylamaq elə də asan məsələ deyil. Abxaziyada, Cənubi Osetiyada, Dnestryanıda və Krımda Rusiyanın özü tərəf kimi çıxış edir. Dağlıq Qarabağda isə ermənistan tərəf kimi hərəkət edir. Son iki ildə Rusiyanın Donbass və Suriyada hərbi əməliyyatda yaxından iştirak edir. Bu əməliyyatlar isə Rusiya iqtisadiyyatına həddən artıq ziyan vurub və hal hazırda vurmaqda davam edir. Jirinovskinin bir ay əvvəl Rusiya kanalında çıxışında demişdi ki, artıq proseslər İran ətrafında cərəyan edəcək. ABŞ konqresinə baxılmaq üçün təqdim olunmuş qanunda ABŞ prezidentinə ordudan istifadə etmək hüququ verilir. Bu isə Yaxın Şərq, İran, Orta Asiya və Çin ətrafında proseslərin cərəyan edəcəyindən xəbər verir.
Alı Balayev