Transqafqaz.com Sputnik-Ermənistana istinadən xəbər verir ki, qondarma Qarabağın “Təhlükəsizlik İdarəsi” Stepanakertə Azərbaycan toponimi ilə Xankəndi deyən bir gənci “xəyanət” ittihamı ilə saxlayıb
“Təhlükəsizlik idarəsi” Qarabağ sakininin saxlanıldığı “fövqəladə vəziyyətin” təfərrüatlarını açıqlayıb: “Dağlıq Qarabağ Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları dövlətə xəyanət faktı aşkar ediblər. Hüquq-mühafizə orqanı, sentyabrın 25-də sosial şəbəkələrdə və Telegram kanallarında müəllifin Stepanakertin müxtəlif yerlərinin fotolarını göstərdiyi və rus dilində Xankəndində olduğunu söylədiyi videolar göründüyünü” qeyd edib.
“Təhlükəsizlik idarəsi” və polis əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində Qarabağın Əsgəran rayonunun İvanyan kənd sakini, 21 yaşlı M.A. vətənə xəyanət etməkdə şübhəli bilinərək saxlanılıb.
Dağlıq Qarabağın Milli Təhlükəsizlik Xidməti casusluq və vətənə xəyanət hallarının müəyyən edilməsi və məlumatların verilməsində cəmiyyətin geniş təbəqələrinin kömək və iştirakını gözləyir.