Qrad və top atılanda çaqqallar çox qəribə hay-həşir salmışdılar…

26/11/16 11:16
İki gündü Tərtərdə, kəndimizdəyəm. Kəndimiz Murov dağına pəncərə kimi açılır. Uşaqlıqdan qarış-qarış gəzdiyim bu yerlər yenə narahat idi. Amma millətə, dövlətə, Türklüyə şərəf gətirən dövranını, müharibəni yaşadığından çox sevincli idim. Nələrin, hətta itkilərimizin də ola biləcəyindən asılı olmayaraq mən birinçi Qarabağ savaşında da iştirak etmişdim. Amma indi mənə maraqlı görünən bir necə halları sizinlə bölüşəcəyəm.
Əvvala, 1-ci Qarabağ savaşından sonra nələr yaşamamızdan asılı olmayaraq Millət ayaqdadı, qüdrətlidi, döyüş əzmi çox yüksək idi və dünya bunu gördü. Rusiya da, Ermənistan da, İran da bunun fərqindədir.
2. Hamı – qadın, qoca, uşaq, cavan hamı və heç kim məğlubiyyət ovqatını özünə yaxın buraxmaq istəmir. Əliyalın da olsa düşməni darmadağın etmək istəyir. Cəmiyyətin bütün siyasi qütbləri Vətən məsələsində ordumuzun yanındadı. Bu çox şey deməkdi və mənim üçün əsasdı.
3. Bir də tamam başqa bir məqam diqqətimi çəkdi. Hərçənd ki, yaxından – uzaqdan mövzuya da aidiyyatı az da olsa vardı. Deməli, Qrad və top atılanda çaqqallar çox qəribə hay-həşir salmışdılar. Xeyli də çox idilər, elə ulaşırdılar ki, sanki qəribə bir təbiət möcüzəsi ilə qarşılaşmışdım. Mənə elə gəlidi ki, onlar bu qışqırtıları ilə təbiətin onlara da aid olduğunu bildirmək istəyirdilər. Yəni, təbiət həm də bizimdi deyirdilər. Bizim kənd itlərimiz isə partlayışdan sonra atəş səsinə ermənilərə tərəf, üzü Murova doğru hürürdülər. Amma ulamırdılar. Buralarda tək gəzən yalquzaqlara da çox rast gəlmişəm. Nədənsə onlar ortalıqda yox idi…. Bu savaşa münasibət bildirmədilər. Deyəsən onlarlıq deyil bu səhnə….AUUU
Qələndər Muxtarlı