Qumbara atan terrorçunu erməni tərəfinin “qəhrəmanlaşdırmaq” cəhdləri

13/11/21 11:10

Bu gün Şuşa yaxınlığında yerləşən Ordumuzun blok-postuna hücum edərək, qumbara atan Norayir Mirzoyan bir az əvvəl Xankəndidəki separatçılara təhvil verilib.

Bu barədə Qarabağdakı terrorçuların nümayəndəsi məlumat yayıb.

Məlumatda deyilir ki, 1975-ci il təvəllıüdlü Mirzoyana qarşı cinayət işi açılıb və məsələ ilə araşdırma aparılır.

Qeyd edək ki, separatçılar qumbara atan ermənini indidən müdafiə etməyə başlayıblar. Onun hərəkətlərinə haqq qazandırırlar. Belə ki, Xankəndidəki terrorçular iddia ediblər ki, guya, Azərbaycan əsgərləri onunla provokativ davrandıqları üçün Mnirzoyan qumbara atıb.

Ermənistan siyasi elitası isə hazırda Mirzoyandan “qəhrəman” düzəltməyə başlayıblar. Onlar terrorçunun hərəkətini “qisas addımı”, onun atdığı qumbaranı isə “qisas qumbarası” adlandırırlar. Həmçinin vurğulayırlar ki, terrorçu dərhal azad olunmalıdır.

Transqafqaz.com