Sabiq Müdafiə naziri Rəhim Qazıyevi döyməkdə şübhəli bilinən keçmiş kürəkəni tutulub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib ki, fevralın 19-da Yasamal rayonu ərazisində R.Qazıyevi döyən keçmiş kürəkəni Ramil Əzizov saxlanılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.
Transqafqaz.com
ToğrulLətifzadə