🇺🇸🇹🇷 Prezident Ərdoğan ABŞ dövlət katibi Blinkeni İstanbulda qəbul edib
Görüş Vahdettin Sarayında mətbuata qapalı baş tutub.
Tərəflər Qəzzadakı müharibəni, İsveçin Türkiyə parlamentində baxılan NATO-ya üzvlük müraciətini, Vaşinqtonun Ankaraya F-16 qırıcıları satmasını, Türkiyə-Amerika əlaqələrini müzakirə ediblər.
ABŞ dövlət katibi Türkiyənin ardınca Yunanıstan, İordaniya, Qətər, BƏƏ, Səudiyyə Ərəbistanı, İsrail, Fələstin və Misirə səfər etməyi planlaşdırır.
Məmmədli Ömər