Ramil Quliyev Dünya Çempionu oldu…Türk Spor tarixində bir ilk…(Video)

11/08/17 1:45

İngiltərədə keçirilən 16-ci Dünya Atletika Çempionatında Türkiyəni təmsil edən idmançılardan həmyerlimiz Ramil Quliyev, kişilər arasında 200 metrəyə qaçışda dünya çempionu oldu.

Fənərbaxçanın idmançısı Ramil Quliyev, 20.09-luk dərəcəsiylə Türkiyəyə kişilər 200 metrdə ilk qızıl medalını qazandıraraq tarixə keçdi.

Cənubi Afrikalı Wayde Van Niekerk 20.11 ilə gümüş, Trinidad Tobagolu Jereem Richards isə 20.11 ilə bürünc medal qazanıb. Niekerenk, Riçardsı saniyənin mində biri fərqlə keçərək ikinci yeri əldə edib.

Könül Hacıyeva