Rus enerji nəhəngi Rosneftin ikinci adamı maşınında ölü tapıldı…

28/12/16 8:31

Sui-qəsd, cinayət və qəribə qəzalar Rusiyanın yaxasını buraxmır…

Rusiya son 10 gündə beşinci şoku yaşadı. Moskvanı sarsıdan qəza və sui-qəsdlərin sonra “Kremlin qara qutusu deyilən iş adamı Oleq Erovinkin maşınında ölü tapıldı.

Sui-qəsd, cinayət və qəribə qəzalar Rusiyanın ardını qoymur. Ankara Səfiri Andrey Karlovun FƏTÖ-nun əli ilə qurban getməsi, Xarici İşlər Nazirliyində çalışan diplomat Petri Polşikovun evində ölü tapılması, əhəmiyyətli əməliyyatlara şahidlik etdiyi düşünülən NATO müvəkkili və Dövlət Katibi Candelonun başından vurulması və Qırmızı Ordu Ansamblını daşıyan təyyarənin Qara Dənizə düşməsinin ardından indi də Rus enerji nəhəngi Rosneftin ikinci adamı həyatını itirdi. Şirkətin rəhbəri İqor Seçiminin sağ qolu olan Oleq Erovinkinin cansız bədəni maşınında tapıldı. Keçmiş Rus kəşfiyyat generalı olan Erovinkin, “Kreml sirlərinin qoruyucusu kimi tanınırdı.

Transqafqaz.com