Rus knyazlarının dəbilqələrində Allahla bağlı yazılar haradan yaranıb?

27/12/21 11:10

Monomax baş geyimi – böyük knyaz və çarların əsas imperiya baş geyimi. Rusiyada avtokratiya rəmzi. Moskva Kremlinin Silahlar Palatasının ən qədim sənət əsərlərinə  aiddir.

Tarixçiləri çoxdan Aleksandr Nevskinin dəbilqəsindəki Quran yazılarının haradan gəldiyi sualı narahat edir. Aleksandr Nevskinin kanon simvoluna çevrildiyi dəbilqə hətta Rusiya İmperiyasının gerbini bəzəyirdi. O, elə döyülüb ki, oxlar onu deşə bilmir, oval formasına görə ancaq onun üzərində sürüşür. Aleksandr Nevskidən sonra çar Mixail Romanov tərəfindən geyildi. Həmçinin İvan Qroznı və Şahzadə Fyodor Mstislavskinin ərəb qrafikalı dəbilqələri var idi. Astanadan olan həvəskar reenator Vasili Şepnev əmindir: bütün məsələ ondan ibarətdir ki, elit silahlar qədim Azərbaycandan (İran) alınıb.

Moskva Kremlinin Silahlar Palatasında  4411 nömrəli inventar altında qızıl naxışlarla və qiymətli daşlarla bəzədilmiş hərbi baş geyimi var. 19-cu əsrin ortalarına qədər onun Böyük Knyaz Aleksandr Nevskinin dəbilqəsi olduğu göstərilir.

Dəbilqənin təsviri hətta Rusiya İmperiyasının gerbində də var idi, baxmayaraq ki, onu bəzəyən xristian simvolları arasında Qurandan xətt olan ərəb qrafikası seçilir. Bəs bu yazı bir pravoslav knyazın  baş geyiminə necə yazıldı və belə hallar tarixə məlumdurmu?

Ənənəvi tarixə əsaslanaraq, güman etmək məntiqlidir ki, səlibçi qalxana latın dilində deviz yazacaq, müsəlman Quran ayələrini, rus əsgəri isə ən azı ana dilindən istifadə edəcək. Əvəzində biz Rusiyada demək olar ki, “şərq” üslübünda hazırlanmış, yalnız ərəb dilində yazılmış dini yazılı  silahların üstünlük təşkil etdiyini görürük. Bir qayda olaraq, bunlar Allaha müraciət edilən Quran ayələridir. Biz qənimət kimi ələ keçirilən silahlardan danışmırıq.

 

Rus çarlarının  təntənəli hərbi geyiminin mühüm tərkib hissəsi olan “İerixion  papaqlarının” yarısında ərəbcə dini yazılar var. Ərəb dilindən başqa dillərin istifadə edilməməsi diqqəti cəlb edir.

Hətta ənənəvi tarix nöqteyi-nəzərindən, rus çarlarının “İerixion  papaqlarının”nda qonşuluqda olan tamamilə dini simvollarla  yad görünən paradoksal nümunə də var.

  1. Aleksandr Nevskinin dəbilqəsi

Rus çarı Mixail Fedoroviç Romanovun “İerixion  papaqlarının” nın üzərində,  1621-ci ildə cəbbəxana otağının ustası Nikita Davydovun əsəri olan, qiymətli əyar daşlarla işlənilmiş,  ərəbcə Quran yazısı olan baş geyimi var.

نَصْرٌ مِّنَ اللَّهِ وَفَتْحٌ قَرِيبٌ وَبَشِّرِ الْمُؤْمِنِينَ

“Allah-taala sizə düşmənləriniz üzərində qələbə çalmaq (Fars və Bizans üzərində qələbə) nəsib edəcəkdir. Və lütfən, ey Məhəmməd, möminləri Uca Allahın bu qərarı ilə sevindir” (“Saff” surəsinin 13-cü ayəsinin mənası).

Bu yazı səkkizguşəli pravoslav simvolları ilə yanaşıdır.

Təsdiq olunmamış rəvayətə görə, Nevskinin dəbilqəsi XVII əsrdə xüsusilə Romanovlar sülaləsinin ilk çarı  Mixail Fedoroviç üçün düzəldilmişdir. Saray ustası Nikita Danilov onu qiymətli daşlarla tamamlamışdır.

Yenilənmiş dəbilqə “Çar Mixail Fedoroviçin İerixion papağı” adını aldı. Burada heç bir modernləşmə yox idi. Rusiyada dəbilqələr belə adlanırdı, çünki İvan Qorxunc (Qroznıy) dövründən bəri rus monarxları özlərini İerixionu  işğal edən Əhdi-Ətiq padşahı Yeşua ilə müqayisə etməyi sevirdilər.

Maraqlıdır ki, digər hökmdarların baş geyimlərində də Qurani-Kərimdən sözlər həkk olunub. Məsələn, İvan Qroznı və orta əsr Rusiyasının digər zadəganlarının dəbilqəsində ərəb qrafikası var idi.

Tədqiqatçı Sayat Raxımberdi:  “Ərəb qrafikalı bütün bu dəbilqələr Qızıl Ordanın paytaxtı Saray-Batuda hazırlanıb.  Saray-Batu sənətkarlar şəhəri idi. Batu xan da babası kimi sənətkarları yüksək qiymətləndirirdi. Sonuncular  (sənətkarlar) heç vaxt öldürülmədilər, əksinə qullara çevrildilər.

Saray-Batu şəhər hərbi qarnizondan, mülki əhali isə dünyanın hər yerindən gələn sənətkarlardan, silah ustaları, dulusçular, toxucular, zərgərlərdən ibarət idi. Hər bir ustanın Qızıl Ordanın bu və ya digər zadəganının timsalında öz sahibi var idi.  Ustadın işindən əldə edilən bütün qazanc onun cibinə gedirdi” bildirir.

Aleksandr Nevskiyə gəlincə, onun Qızıl Orda ilə çox yaxşı münasibətdə olduğu məlumdur. O, Batu xanın “oğulluğu” və varis  Sartakın   “qardaşı” idi. Cartak hətta onun təklifi ilə xristianlığı qəbul etmişdir. Lakin Sartak cəmi bir il hökmranlıq etdi və onun yerinə islam dinini qəbul edən Berke Xan gəldi.

“Rus tarixçiləri Qızıl Orda dövrünü səhvən boyunduruq adlandırırlar, lakin qurulan bütün imperiyada hər kəs  bərabər hüquqlara malikdir idi.  Rus knyazlıqları hamı kimi Böyük Ulus daxilində vergi ödəyir, sərbəst ticarət edir, hərbi xidmət aparırdılar. Məlumdur ki, Qızıl Orda Azərbaycanı (İranı) fəth etmək istəyirdi. Xan Canıbekin Azərbaycana (İrana) yürüşlərində rus knyazlarının dəstələri iştirak edirdi. Ərəb qrafikalı dəbilqələr və yuşmanlar (zirehlər) Qızıl Orda üçün bir növ uniforma idi” deyə Sayat Raxımberdi yazır.

Vahidov Qurban. Araşdırmaçı – analitik.