Rusiya arxiv sənədlərini Azərbaycana verir

04/07/24 7:06

Rusiya Federasiyasının Dövlət Arxivindən Naxçıvana dair 300-dən çox arxiv sənədi qəbul edilib.

Arxiv sənədlərinin toplanması məqsədilə AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi katibi, tarix üzrə fəlsəfə doktoru Yaşar Rəhimov və şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent İlham Əliyev Naxçıvanla bağlı, Sankt-Peterburqdakı Rusiya Dövlət Tarix Arxivinə göndərilib.  Ümumilikdə 1248, 1344, 1363, 1349, 1344, 396, 573 və s. arxiv fondlarından elektron variantda 300-dən çox sənəd aşkar edilmişdir.

Bu barədə AMEA Naxçıvan Bölməsinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, toplanmış materiallar əsasən Naxçıvanın 19-20-ci əsrlərdəki ictimai-siyasi tarixinə aid sənədlər, o cümlədən Kəngərli soyunun nümayəndələri, Şahtaxtinski, Naxçıvanski, Ağasıyev, Səfiyev soyadlarının daşıyıcılarıdır.  Arxivdəki qeydlər göstərir ki, daxil olan sənədlərin əksəriyyəti hələ də elmi dövriyyəyə daxil edilməmişdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir