“Bu münaqişənin gedişatında ortaya çıxan yeni keyfiyyət halıdır”
“Rusiya post-sovet məkanında münaqişələrin siyasi və diplomatik həllinin fəal tərəfdarı kimi çıxış edir”.
Bu barədə Rusiya Prezidenti Vladimir Putin tərəfindən təsdiq edilmiş Rusiya Federasiyasının yeni xarici siyasət konsepsiyasında deyilir.
Sənəddə bildirilir ki, Rusiya mövcud çoxtərəfli danışıqlar mexanizmi çərçivəsində 2009-2013-cü illərdə Rusiya, ABŞ və Fransa prezidentlərinin birgə bəyanatında göstərilən prinsiplər əsasında və ATƏT-in Minsk qrupunun həmsədr ölkələri ilə əməkdaşlıq edərək Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasına çalışır.
Transqafqaz.com saytına bu məsələyə münasibətini açıqlayan politoloq Qələndər Muxtarlı bunları söylədi.”Rusiya özünün yaratdığı Qarabağ problemini heç Ermənistana da vermək istəmir.Əslində bu münaqişənin gedişatında ortaya çıxan yeni keyfiyyət halıdır.Rusiyanın Dağlıq Qarabağda əsas istəyi o deyildi ki Ermənistana əlavə torpaq alıb versin.İndi Rusiyanın Qarabağla və digər etniq münaqişələrlə bağlı istəyi odur ki bu ərazilər hüquqi statusundan asılı olmayaraq birbaşa Rusiyaya tabe olan ərazi olsun. Bu gün Abxaziya, Osetiya kimi Dağlıq Qarabağı da o kataqoriyada görür deyə Rusiya dövlətinin xarici siyasətinin əsas prioritet hədəfinə, xarici siyasət konsepsiyasına salınıb. Eyni zamanda dünyaya açıq mesajdı ki, bu ərazilər də mənim təsir dairəmdə olacaqdır və xarici siyasət konsepsiyama daxildir. Aprel ayında baş verən hərbi əməliyyatlar da Putinin Qarabağa yanamasında Ermənistanın qudurğan davranışına cavab kimi baxılmalıdı. Ermənilərə dolayısı başa salındı ki “Bu münaqişənin ərazinin və hərbi-siyasi status-kvonun sahibi də mənəm”. Odur ki,bu məsələləri nəzərə alıb biz də xarici siyasət konsepsiyamıza Rusiyanı daxil etməliyik. Hansı statusda? bu tamam ayrı mövzudu.”