Rusiya Hərbi Dəniz Qüvvələrinin Xəzər Donanmasının iki hərbi gəmisi Bakıda nə axtarır?

19/09/21 12:58

Sən demə rus matrosları Bakıya gəzməyə gəliblərmiş. Özü də babaları Styopa (Razin) kimi əllərində gül-çiçək deyil, silahla, müşayətçi torpedolarla gəliblər.

Yəqin ruslar valeybolu da «Gibka» zenit-raket qurğusu-1 ilə oynayacaqlar. Öncə bildirim ki, rus mətbuatında bu səfər barədə çox qısqanclıqla informasiyalar yer alıb. Azərbaycanda isə bu səfəri bir informasiya kimi baş xəbərə çevriblər.

Şərhə keçmədən öncə Azərbaycan və Türkiyə Respublikalarının sualtı hücum və sualtı müdafiə qruplarının iştirak etdiyi birgə təlim-məşqlərində növbəti mərhələnin tapşırıqları icra olunduğunu xatırlayaq.

Müdafiə Nazirliyindən verilən məlumata görə, bu mərhələdə Xəzər dənizinin Azərbaycana məxsus sektorunda şərti terrorçu qrup tərəfindən zəbt edilən gəmidə onların zərərsizləşdirilməsi və gəminin azad edilməsi tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilmişdi.

Uğurla başa çatan bu təlimlərə İran Azərbaycan və Türkiyə hərbi təlimləri çərçivəsində Xəzər dənizindəki məşqlərlə bağlı narazılığını bildirdi. Eyni zamanda da Rusiya isə Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın ağzıyla danışdı: “Rusiyanın bu məsələdə mövqeyi rəsmi Bakının diqqətinə çatdırıldı. Bunun azərbaycanlı partnyorlarımız tərəfindən anlayışla qarşılandığını nəzərə alaraq, ictimaiyyətə açıqlama verməkdən imtina edirəm. Azərbaycan tərəfi ilə əlaqədəyik”.

Yəni ənənəvi olaraq ölkəmizin sərhədləri daxilində «öskürəndə» belə, xislətcə eyni olan bu iki antibəşəri rejimin, nədənsə «sancıları» başlayır.

Hazırkı səfər barədə əldə etdiyimiz informasiyanı diqqətinizə çatdırırıq.

Azərbaycan tərəfindən verilən məlumatda deyilir: «Rusiya Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Azərbaycana səfərə gəlib.

Rusiya HDQ-nə məxsus “Astraxan” və “Anatoli Qujvin” hərbi gəmiləri ilə gələn nümayəndələr Bakı Dəniz Limanında hərbi orkestrin müşayiəti ilə qarşılanıb. Qarşılama mərasimində Azərbaycan Hərbi Dəniz Qüvvələrinin rəsmiləri, Rusiyanın Azərbaycandakı səfirliyinin nümayəndələri iştirak ediblər».

İkinci informasiyada deyilir: «Azərbaycanın Xəzər dənizindəki ərazi sularında “Beynəlxalq Ordu Oyunları-2020” yarışları çərçivəsində keçiriləcək “Dəniz Kuboku” müsabiqəsində iştirak etmək üçün Rusiya Hərbi Dəniz Donanmasının Xəzər flotiliyasının “Mahaçkala” və “Astraxan” kiçik artilleriya gəmiləri, “SB-738” xilasedici yedək gəmisi avqustun 17-də Bakıya gəlib.

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Sübhan  Bəkirov Rusiya HDD-nın Xəzər flotiliyasının nümayəndəsi 1-ci dərəcəli kapitan Sergey Yekimovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb».

Bakıda Rusiya və Azərbaycan hərbi dənizçiləri arasında danışıqlar aparılıb.

Rusiya və erməni mənbələrində bildirilib ki, Rusiya Hərbi Dəniz Qüvvələrinin Xəzər Donanmasının iki hərbi gəmisi — «Həştərxan» və «Anatoli Qujvin» bu gün Bakı limanına gəlib. Rusiyalı dənizçilərdən ibarət nümayəndə heyəti qeyri — rəsmi dostluq səfəri çərçivəsində Azərbaycana gəlib.

Qarşılama mərasimindən qısa müddət sonra Xəzər Donanması eskadronunun komandiri, ikinci dərəcəli kapitan Vladimir Zaytsevin başçılıq etdiyi Rusiya nümayəndə heyəti Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı, kontr -admiral Sübhan Bəkirov tərəfindən qəbul edilib.

Atmaca: ikinci dərəcəli kapitan Vladimir Zaytsevi kontr -admiral qarşılayırsa, sizcə bir rus admiralı gəlsə onu necə qarşılayacaqdıq?

Keçirilən görüş zamanı tərəflər Azərbaycan Hərbi Dəniz Qüvvələri ilə Rusiya Federasiyasının Xəzər Donanması arasındakı dostluq əlaqələrini, iki dövlətin Xəzər dənizində hərbi əməkdaşlığını və ikitərəfli gündəliyə daxil olan digər məsələləri müzakirə ediblər.

Rus dənizçilərinin Bakıya səfəri sentyabrın 20 -dək davam edəcək. Onlar üçün Bakının mədəniyyət və tarixi abidələrinə ekskursiya təşkil olunacaq. Həmçinin Rusiya Federasiyası və Azərbaycan hərbçiləri voleybol üzrə yoldaşlıq oyunu keçirəcəklər.

Əldə edə bildiyimiz rəsmi informasiya bununla bitir. «Həştərxan» hərbi gəmisinin özəlliklərinə diqqət yetirək. Bu tip gəmidə 2006 -cı il, dövlət yoxlama və dəniz sınaqları həyata keçirildi, nəticələrə görə, bu döyüş gəmilərinin seriyalı istehsalına qərar verildi. 2006 -cı il sentyabrın 1 -də 21630 «Həştərxan» artilleriya gəmisi layihəsi bayrağın qaldırılması ilə Rusiya Hərbi Dəniz Qüvvələrinə təhvil verilməsi təntənəli mərasimlə həyata keçirildi.

21630 «Buyan» layihəsinin kiçik artilleriya gəmisi, baş dizayner A. Romanovun rəhbərliyi altında FSUE «Zelenodolskoe» tərsanəsində hazırlanmış və əyalətin iki yüz millik iqtisadi zonasını qorumaq, brakonyerlər və narkotik tacirləri ilə mübarizə aparmaq məqsədi daşıyır. Layihədə texniki sənədlər hazırlanarkən hərbi gəmiqayırma sahəsində qabaqcıl nailiyyətlər tətbiq edilib. Kiçik artilleriya gəmisi «Həştərxan» layihəsi 21630 kodu «Buyan» olan gəminin fotoşəkilləri və silahlarını təqdim edirik:

— 100 mm-lik universal artilleriya qurğusu A-190;

— Atəşin idarə olunması üçün nəzarət radarının anten postu 5P-10-03 «Laska»;

— RLS dirəyi;

— PK-10 kompleksinin dalğaların tutulması üçün «Pusk» qurğuları;

— 30 mm-lik AK-306 montajı;

— Gəminin arxasında AK-306 və hava hücumundan müdafiə sistemi «Gibka»;

— 3M-47 «Gibka» qülləsi dörd «İGLA» zenit-raket kompleksi ilə birgə.

Bir artilleriya gəmisinin əsas məqsədi, düşmənin sahil istehkamları ilə mübarizə aparmaq olduğundan, bu, zərbə silahları ilə təchiz edilib:

— İdarəetmə sistemi 5P-10-03 «Laska» olan yüngül universal 100 mm artilleriya qurğusu «A-190»;

— Qıraq lüləli 122 mm çoxmərmili «Grad-M» raket sistemi.

— Artilleriya atəşinə nəzarət Vımpel tipli bir radar stansiyasından istifadə etməklə həyata keçirilir. Gəmi hava düşmənindən hər iki tərəfdə yerləşən və nişan sütunu ilə idarə olunan 30 mm-lik altı lüləli iki AK-306 hücum silahı ilə müdafiə olunur; standart «Igla» MANPADS konteynerlərində «İgla» və ya «İgla-1M» tipli qurudan qurulan dörd ədəd portativ zenit raket sisteminin avtomatik idarə edilməsini və buraxılmasını təmin edən 3M-47 «Gibka» tipli arxa qüllə atıcı silahı uzaqdan idarə olunur.

Əyalətin iki yüz millik iqtisadi zonasını qorumaq və sahil, dəniz və hava hədəflərinə dəqiq hücumlar etmək üçün döyüş gəmisi 14.5 mm çaplı iki sütunlu KPV pulemyot və üç sütunla silahlanmışdır, həmçinin 7.62 mm çaplı pulemyotlarla təchiz edilib. Artileriya gəmisində sualtı təxribat qruplarını aşkar etmək və aradan qaldırmaq üçün sonar stansiyası və 30 mm avtomatik qranatatandan istifadə olunur.

21630 kodlu «Buyan» layihəsinin «Həştərxan» kiçik artilleriya gəmisinin texniki xüsusiyyətləri:

Uzunluq — 62 m;

Eni — 9.6 m;

Oturma — 2 m;

Tutum — 560 ton;

Güc stansiyası — dizel;

Sürət- 28 düyün;

Gəzinti — 10 gün;

Gəzinti məsafəsi — 1500 mil;

Ekipaj — 21 nəfər;

Silahlanma:3M-47 «Gibka» zenit-raket qurğusu-1;

SAM «İgla» — 4;

A -190 «Universal» artilleriya qurğusu — 1;

Zenit artilleriya qurğusu AK-306-1;

MLRS MS-73 «Grad-M»-1;

Pulemyot qurğusu 14,5 mm — 2

Həm də bu səfərdə kiçik hidroqrafik gəmi «Anatoli Qujvin» də iştirak edib. Biz «İVAN, İDİ DOMOY» dedikcə ruslar gözümüzə girirlər. RUS -TAM-ı çıxarıb KOSO- BOKovu (ƏYRİ-TƏRƏF) göndərirlər. Həqiqətən də bu rus generalı əyri-üyrü işləriylə separatçılar arasında general olmuş birisidir.

İndi də gedək, rus motrosları ilə muzeyləri gəzib, voleybolumuzu oynayaq…

P.S. Qarşılanmada diqqətçəkən məqam isə Bakı limanına yan alan Rusiya gəmilərinin Mehtər marşı ilə qarşılanması olub. Bunu Bakının Rusiyaya subliminal mesajı kimi dəyərləndirənlər də var…

XAQANİ Ədəboğlu