Rusiya müsəlmanlaşır…

06/03/19 10:42

Rusiya Müftilər Şurasının Sədri Ravil Gaynutdin.

“15 il sonra Rusiya əhalisinin yüzdə 30unu Müsəlmanların təşkil edəcəyini deyib”.
Gaynutdin, Moskvada iştirak etdiyi bir konfransda, Rusiyada Müsəlmanlıq amilinin İslamı qəbul edən Rusların sayındakı artım ilə daha da əhəmiyyətli hala gələcəyini bildirib. Keçən il Qurban Bayramında təkcə Moskva bölgəsindəki məscidlərə gələnlərin sayının 320 mindən çox olduğuna işarə edən Gaynutdin, bu rəqəmin bir rekord olduğunu vurğulayıb. Məscidlərə gələnlərin, ölkədəki Müsəlman sayındakı artımın göstəricisi olduğunu bildirən Gaynutdin, sayının ilbəil artdığını deyib.

Transqafqaz.com