Ukryana ilə sərhəddə vəziyyət gərginləşir.
Ukraynanın şərqində Rusiya tərəfdarı separatçı qruplarla hökumət qüvvələri arasında qarşıdurmalar artarkən, Rusiyanın Ukrayna sərhədindəki hərbi birlikləri və ümumiyyətlə, Qərb bölgələrindəki hərbi qüvvələri ani bir qərarla, bir hərbi təlim çərçivəsində döyüşə hazır vəziyyətə gətirdiyi bildirilir.
Rusiya Federasiyası Müdafiə Nazirliyindən edilən açıqlamada, Rus Ordusuna aid zirehli birliklərin, top batareyalarının, raket batareyalarının həmçinin Sankt-. Sankt-peterburq hava və dəniz bazalarının müharibəyə yüksək səviyyədə hazır vəziyyətə gətirildiyi qeyd edilib. Açıqlamada, birliklərin, Rusiyanın Qərb bölgələrində hərbi təlim keçirəcəkləri ifadə edilib.
Ukraynanın şərqində, Rusiya tərəfdarı separatçı qruplarla hökumət qüvvələri arasında qarşıdurmalar, son bir həftə ərzində getdikcə şiddətlənib. Ukrayna rəhbərliyi, Rusiya, Şərqi Ukraynada təxribat yaradaraq Ukraynaya birbaşa hərbi müdaxiləyə hazırlanmaqla günahlandırır. Ukrayna rəsmiləri, Şərqi Ukraynada Rus Ordusuna mənsub 6 min əsgərin xidmət etdiyini, bu şəxslərin separatçı qoşunlara başçılıq etdiklərini ifadə ifadə edib.
Pervanə Turançı