Rusiya sülhməramlı kontingenti Azərbaycanı 2025-ci ildə tərk edəcək.

28/12/23 8:02

⚡️Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov: Rusiya sülhməramlıları 2025-ci ildə Azərbaycanı tərk edəcəklər

Rusiya sülhməramlı kontingentinin Qarabağda fəaliyyətinin başa çatdırılması üçün son tarix Azərbaycan, Rusiya Federasiyası və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatı ilə tənzimlənir.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

“Üç ölkə liderinin əldə etdiyi üçtərəfli bəyanat var. Bu sənəddə Rusiya sülhməramlı kontingentinin Azərbaycanda fəaliyyət göstərmə müddəti 2025-ci ilə qədər nəzərdə tutulub. Bu sənəd əsas götürülməlidir”, – nazir vurğulayıb.

Məmmədli Ömər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir