Ermənistan Azərbaycanın Rusiya sülhməramlılarının nəzarəti altında olan torpaqlarına öz hərbçilərini göndərir.
Hadisələrin bu cür inkişaf ssenarisinin mümkünlüyü 2020-ci ilin noyabrında Rusiya hərbi kontingentinin Qarabağa gəldiyi andan aydın idi. O vaxt general Muradov belə bir söz demişdi: “Burada hər şey SSRİ-də olduğu kimi olacaq”. Xatırlatmaq istərdim ki, məhz SSRİ dövründə — 1 dekabr 1989-cu ildə Ermənistan SSR Ali Soveti ilə Qarabağ məclisinin “Ermənistanın və Qarabağın birləşməsi haqqında” birgə qərarı qəbul olunmuşdur. Odur ki, erməni ordusunun canlı qüvvəsinin bu köçürülməsinin baş tutmasında təəccüblü heç nə yoxdur.
Bu sözləri rusiyalı tarixçi, hərbi ekspert Oleq Kuznetsov bildirib.
“Mən bir aydır deyirəm ki, Azərbaycana qarşı müharibə və Qarabağdan imtina etməmək prinsipləri Ermənistan üçün Konstitusiya vəzifəsidir. Buna görə də erməni siyasətçilərin və hərbçilərin bu vəzifəni icra etməyəcəyinə ümid etmək sədalövhlük olardı. Onlar öz ölkələrinin qanunları çərçivəsində ciddi fəaliyyət göstərirlər, Rusiya sülhməramlıları isə bu işdə onlara de-fakto kömək edirlər. Buna görə də Ermənistan tərəfinin təşəbbüsü ilə Qarabağda hər hansı hərbi-siyasi gərginləşmə yaradacağına Azərbaycan Ordusu hazır olmalıdır”, – deyə müsahibimiz qeyd edib.
Onun sözlərinə görə, əlbəttə ki, heç bir genişmiqyaslı hərbi əməliyyatlardan söhbət gedə bilməz, amma Ermənistanın taktiki qrupların kifayət qədər böyük silahlı təxribatına hazır olmaq lazımdır:
“Rusiya sülhməramlıları öz məsuliyyət zonasından Azərbaycana qarşı ciddi bir təxribata imkan verməyəcək. Çünki söhbət Rusiya sülhməramlılarının nüfuzundan gedir. Burada dərhal iki əsas məsələ həll olunur: ermənilər vəziyyəti gərginləşdirir və bununla da vaxt udmağa çalışır; Qarabağ regionunda Rusiyanın hələ də söz sahibi olduğunı sübut edir.
Tamamilə aydındır ki, bu halda rəsmi Bakı antiterror əməliyyatı keçırə də bilməyəcək. Çünki buna Rusiya mane olacaq”.