Rusiya sülhməramlılarının Qarabağdan tezliklə çıxarılacağı proqnozlaşdırırdı

09/10/21 12:56

Rus sülhməramlıları dörd ildən sonra Qarabağı tərk etməli olacaqlar. Transqafqaz.com xəbər verdiyi kimi, şərqşünas, rus şərqşünaslıq teleqram kanalının müəllifi İqor Dimitriev ermənipərəst “Regnum” nəşrinin müxbirinə belə deyib.

“Dörd il ərzində hələ çox şey ola bilər, vəziyyət əhəmiyyətli dərəcədə dəyişəcək. Amma Rusiyanın orada qalması üçün heç bir əsas yoxdur ”, – ekspert bildirib.

“Sülhməramlıların oraya yerləşdirilməsi bu prosesi (ermənilər üçün Qarabağın itirilməsi) daha az ağrılı edəcək”, – ekspert bildirib.

“Bu dörd il ərzində ermənilər Qarabağı tərk edəcək, etnik təmizləmə olmayacaq. Rus sülhməramlıları Qarabağdan ermənilərin köcməsini ləngidir. Ancaq köçmələr davam edir və ermənilər könüllü tərk edirlər” deyə Dimitriev qeyd edib.

Transqafqaz.com