Rusiya Türkiyəyə Su-35 və Su-57 tipli təyyarələri verməyə hazırdı…

28/08/19 1:04

Rusiyadan Su-35 və Su-57 iddiası
Rus xəbər agentliyi RIA, Rusiya və Türkiyənin Su-35 və Su-57 tipi təyyarələrin Türkiyəyə təslimi üçün danışıqlar apardığını bildirib.
Rus xəbər agentliyi RIA, Rusiya Federal Hərbi və Texniki Əməkdaşlıq Xidmətinin Rəhbəri Dmitri Şugayev, Rusiya və Türkiyənin Su-35 və Su-57 təyyarələrinin Türkiyəyə təslimi üçün danışıqlar apardıqlarını, təyyarələrin satışı üçün hələ rəsmi bir müraciət olmadığını lakin danışıqların davam etdiyini deyib.
Rus dövlət müdafiə sənayesi şirkəti Rostehin Üst Rəhbəri Çemezov, ötən iyul ayında “Əgər Türk həmkarlarımız arzu etsə biz Su-35 döyüş təyyarəsi verməyə hazırıq”. İfadələrini işlətmişdir.
Rus Sukhoi firması tərəfindən hazırlanan tək kreslolu, iki motorlu Su-35, çox məqsədli “ovçu təyyarəsi” olaraq istifadə edilir.
Rus Hava Qüvvələri inventarına Su-57nin bu il daxil olması gözlənilir. F-35 isə başda proqramda iştirak edənlər olmaq üzrə bir çox ölkədə istifadə edilir.
Su-57nin köməksiz səsdən sürətli uçuş, qısa məsafəli at və eniş, radarlara görünməzlik (kabus) texnologiyaları, qapalı bölmələrdə silah sistemləri, super manevr qabiliyyəti kimi xüsusiyyətləri var.
Transqafqaz.com
Toğrul Lətifzadə