Rusiya və İran səfirləri Britaniya XİN-nə çağırılıblar

16/12/16 8:32

Rusiya və İran səfirləri Böyük Britaniya Xarici İşlər Nazirliyinə çağırılıblar. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Britaniya XİN rəhbəri Boris Conson öz “Tvitter” səhifəsində bildirib. Onun sözlərinə görə, səfirləri nazirliyə çağırmaqda məqsəd Suriyanın Hələb şəhərində yaranmış vəziyyətlə bağlı narahatlıq ifadə etmək olub.

 

“Mən Hələbdəki vəziyyətlə bağlı narahatlığımızı bildirmək üçün Rusiya və İran səfirlərini XİN-ə çağırdım. Dinc sakinləri qorumaq və yardımları çatdırmaq çox vacibdir”, – deyə nazir bildirib.