Rusiya və Qərb hibrid müharibənin astanasındadır…

30/10/21 12:25

Qərb ixtisaslı rus gənclərinə sərhədləri açmaqla Moskvaya qalib gələ bilər.

Bu sözləri polyak jurnalist Marian Pilkanın “Politice” nəşrində qələmə aldığı məqaləsində deyilir.

Jurnalist bildirir ki, Rusiya və Qərb hibrid müharibənin astanasındadır və Moskva enerji resursları ilə Qərbi şantaj edir.

“Doğum faizinin artırılması ilə bağlı edilən cəhdlərə baxmayaraq, ciddi demoqrafik böhran yaşanır. Qərbdə də doğum nisbəti problemlidir, ancaq Rusiyadakı kimi acınacaqlı durum yoxdur. Rusiyada işçi qüvvəsi azalır. Bu mənada Avropa İttifaqı (Aİ) ruslara viza rejimini ləğv etməklə sərhədləri açmalıdır ki, Rusiyada kadr qıtlığı güclənsin. İxtisaslı işçi qüvvəsinin axını Rusiyanın gələcəyinə ciddi təsir edəcək”.

Transqafqaz.com