Rusiya Xankəndində konsulluq açmaq fikrinə düşüb. 27/05/24 8:07 Posted By: администратор 0 Comment (Rədd olub getmək istəmirsiz həyasızlar?) 🇦🇿Rusiya Xankəndində yaxın vaxtlarda başlayacaqları Rusiya Baş Konsulluğunun açılışına hazırlıqda Azərbaycanın dəstəyinə ümid edir. Bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Qriqori Karasin deyib. Trend bazar ertəsi TASS-a istinadən xəbər verir. “Bizim ikitərəfli məsələlərdən Xankəndində baş konsulluğun açılmasını qeyd edərdim ki, biz bunun üçün yaxın vaxtlarda hazırlıq işlərinə başlamağı planlaşdırırıq və sizin dəstəyinizə ümid edirik”, – deyə senator azərbaycanlı həmkarlarına müraciət edib. Onun sözlərinə görə, bu baş konsulluğun 2024-cü ildə açılması ideal olardı. “Bu, bizə qarşılıqlı konsulluqdakı fərqi aradan qaldırmağa imkan verəcək”, – Karasin əlavə edib.