Rəsmi Ankara Ukrayna və Türkiyə arasında hərbi-texniki əməkdaşlıqla bağlı narahatlığımızı mümkün qədər ciddi qəbul etməlidir.
Transqafqaz.com Axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov türk həmkarı Mövlud Çavuşoğlu ilə telefon danışığı zamanı deyib.
“Bu əməkdaşlıq Ukrayna ordusunun inkişafına töhfə verib”, – Lavrov qeyd edib.
Rusiya XİN başçısı eyni zamanda vurğulayıb ki, Ukrayna rəhbərliyi Qərb tərəfdaşlarının təşviqi ilə ölkənin cənub-şərqində gərginliyi artırıb:
“Bu vəziyyət təhlükəli şəkildə sabitliyi poza bilər”.