Rusiya əlindəki təsir vasitələri itirdikcə, yeni vasitələrə əl atır.
Ötən gün prezident Putin müəmmalı bir xəbərlə çıxış elədi. Həm də açıq tekstlə, belə ki, onun dediyinə görə Qərb və ABŞ Azərbaycanda iğtişaşlar hazırlayırmış, nədənsə birdən istiqamət dəyişilib, hədəf Rusiya seçilib və Ukrayna ilə müharibəyə sövq edilib.
Bu gün isə “Komsomolskaya Pravda” , guya mənbələrə istinadən yazır ki, ABŞ Bakı və Xankəndindəki dialoqa birbaşa müdaxilə etmək qərarına gəlib.
Nəşr qeyd edir ki, Vaşinqton artıq Bakı ilə İrəvan arasında vasitəçiliklə məhdudlaşmır.
“Vaşinqton ultimatum şəklində Qarabağ nümayəndələrini amerikalı kuratorların nəzarəti altında yaxın gələcəkdə üçüncü ölkədə Azərbaycan tərəfi ilə görüşə razılaşmağa məcbur edir. Üstəlik, Qarabağ rəhbərliyi bu cür təmasdan imtina edərsə, demək olar ki, Azərbaycanın regionda antiterror əməliyyatı keçirəcəyi ilə hədələyəcəklər”, – nəşr yazır.
Məqsəd göz qabağındadır, rəsmi Azərbaycanın Qərb və ABŞ ilə qaydasına düşən münasibətlərini nə yolla olur olsun pozmaqdır.
Məmmədli Ömər