Rusiya prezidenti Vladimir Putinhökumətə “An-148” təyyarəsinin Moskva ətrafında qəzaya uğramasının araşdırılması ilə bağlı tapşırıq verib.
APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov bildirib.
V. Putin hökumətə aviaqəza ilə bağlı xüsusi komissiya yaradılmasını tapşırıb. D. Peskov deyib ki, V. Putin qəzada qohumlarını və yaxınlarını itirənlərə dərin hüznlə başsağlığı verib.
Qeyd edək ki, bu gün yerli vaxtla saat 14.21 radələrində Moskvanın “Domodedovo” hava limanından qalxan və Orska uçan təyyarə uçuşdan 2 dəqiqə sonra radardan itib. Göyərtəsində 65 sərnişin və 6 heyət üzvü olan təyyarənin qalıqları Moskva ətrafında Ramensk rayonunun Stepanovsk kəndi ərazisində aşkarlanıb. Rusiya Fövqəladə Hallar Nazirliyi sərnişin və heyət üzvlərinin qəza nəticəsində həyatlarını itirdiyini açıqlayıb.
Kamal Əsgər