Rusiyadan Antalyaya bir gündə 80 təyyarə eniş edib.

12/08/20 12:02
Rusiyadan Antalyaya bir gündə 80 təyyarə eniş edib. 
Dünyanın ən çox ziyarət edilən şəhərlərindən biri olan Antalya ruslar üçün
əvəzolunmaz turizm yerlərindən biridir. Yeni növ koronavirus (Kovid-19)
tədbirləri altında dayandırılmış uçuşların yenidən başlaması ilə Rusiyadan
turizm paytaxtı Antaliyaya 80 təyyarə enib.
Antalya İl Mədəniyyət və Turizm Müdirliyinin məlumatlarına görə, keçən il 
şəhərə gələn 15 milyon 644 min 108 turistdən 5 milyon 582 min 763-ü ruslar idi.
 2016-cı ildə 492 min 349, 2017-ci ildə 3 milyon 796 min 374, 2018-ci ildə 4 milyon
 803 min 860 rus qonağının gəldiyi şəhər, keçən il 16.21 faiz böyümə ilə Rusiya 
bazarında rekord qırdı.
Bu il yeni bir rekordun gözlənildiyi bazar, dünyanı təsir edən Kovid-19-a mənfi
təsir göstərib.
Transqafqaz.com
Toğrul Lətifoğlu