Rusiyadan Trampa: “Əvvəl nəticələrini düşünün”…

26/01/17 4:21

Rusiya, ABŞ Prezidenti Donald Trampın Suriyada təhlükəsiz zona yaradılması barədə verdiyi açıqlamaya cavab verib: ABŞ təhlükəsiz zona yaratmadan əvvəl nəticələrini düşünməlidir!, deyə cavab verilib.

TRAMP: SURİYADA TƏHLÜKƏSİZ BÖLGƏLƏR YARADACAĞAM
ABC Televiziyasına danışan ABŞ Prezidenti Donald Trump isə kreslonu təhvil aldığı Barak Obamanın Orta Şərq siyasətində kursundan uzaqlaşaraq, 6 ildir ki, müharibə davam etdiyi Suriyada təhlükəsiz bölgələr təşkil edəcəyini söyləyib.

Xatırladaq ki,təhlükəsiz dəhliz təklifini daha əvvəl Türkiyə gündəmə gətirmiş ancaq beynəlxalq cəmiyyətdən dəstək bilməmişdi.

Transqafqaz.com

Mirvari Rza