Rusiyadan Türkiyə və Nato Açıqlaması…

22/02/17 8:31

Rusiya Müdafiə Naziri Sergey Şoyqu, Türkiyənin NATO-ya, terrorla mübarizə koalisiyası yaratmaq prosesinə qoşulması üçün rəhbərlik edə biləcəyini söyləyib.

Rusiya Xarici İşlər Nazirliyinə bağlı Moskva Beynəlxalq Əlaqələr Universitetində (MGİMO) təşkil olunan forumda çıxış edən Rusiya Müdafiə Naziri Sergey Şoyqu, “Türkiyənin NATO-da üzvlüyünü müzakirə edəcək olsaq, Ankara, alyansın terrorizmlə mübarizə koalisiyası yaratmaq prosesinə çəkilməsi məsələsində liderlik edə” bilər. Deyib.

HƏRBİ ƏMƏKDAŞLIQ SAHƏSİNDƏ BÖYÜK İŞ APARILIR

Türkiyə-Rusiya münasibətlərinə də toxunan Şoyqu, hərbi əməkdaşlıq sahəsində böyük iş aparıldığını qeyd edib.

Müdafiə Naziri, “Hərbi əməkdaşlıq, iki ölkə rəhbərlikləri tərəfindən də dəstəklənir”. Bunun doğru bir addım olduğunu düşünürəm, “Çünki qonşunuzu seçə bilməzsiniz”. Hər bir halda qonşularla sülh və razılıq içində yaşamaq lazımdır. Bu səbəblə, regionumuzda sülhün dəstəklənməsi üçün yaxşı bir gələcək görürəm” ifadələrini istifadə etdi.