Rusiyanın ərazi iddiaları səngimir! İndi Patriarx Kirill də Qazaxıstanı “Rusiyanın tarixi hissəsi” adlandırdı.

07/01/22 12:36

Moskvanın və bütün Rusiyanın patriarxı Kirill: “Rus Pravoslav Kilsəsi (RPK) “tarixi Rusiyanın ərazilərində” münaqişələrə göz yuma bilməz” deyib. Bu barədə Xilaskar Məsihin Katedralində Milad ayinindən sonra keçirilən xütbə zamanı bildirib.

Patriarx: “Sizə üz tutaraq, hər şeydən əvvəl Rəbbdən, Onun mərhəmətindən, lütfündən, sülhdən, əmin-amanlıqdan, sevgidən, sağlamlıqdan – gündəlik həyatımızda ehtiyac duyduğumuz hər şeyi arzulamaq istərdim. Milad liturgiyasından əvvəl müharibələrin, daxili çəkişmələrin, o cümlədən tarixi Rusiya ərazisində (Şimali Qazaxstan red.) dayandırmaq və insanların həyatında, hər kəsin həyatında sülh, ədalət və əmin-amanlıq hökm sürsün”dedi.

Milad mərasimindən sonra verdiyi xütbədə o, həmçinin qeyd etdi ki, hazırda “bir vaxtlar birləşmiş, nəhəng ölkəmizin ərazisində” – “tarixi Rusiya” torpaqlarında insanlar ağır hadisələrlə üzləşşib, qan tökülür …”

“Ona görə də biz bu tökülən qana, bu toqquşmalara, insanların nizamsızlığına biganə qala bilmərik”, – Kirill bildirib.

O, əlavə edib ki, Qazaxıstan xalqına Rəbbdən rəhmət dilədi ki, bu ölkədə “daxili müharibə” dayansın, “orada sülh bərqərar olsun”.

Bir çox Rusiya siyasətçiləri və ictimai xadimlərinin Qazaxstana torpaq iddiası ilə bağlı məsuliyyətsiz çıxışları barəsində əvvəlki yazılarımızda məlumatlar vermişdik. Onların içərisində Kremlin ruporu və faşist mövqeyi ilə tanınan partiya sədri Vladimir Jirinovski daha uzağa gedərək Qazaxstanın şimal torpaqlarının “Rusiyaya birləşdirilməsi” haqqında Referendum keçirilməsinə çağırış etmişdi

Vahidov Qurban. Araşdırmaçı – analitik.