Rusiyanın qorxulu röyası – Polşa və Ukrayna ittifaqı

31/08/21 12:44

“Rusiya Polşa-Ukrayna ittifaqının güclənməsindən qorxuduğu qədər heç nədən qorxmur”.

Transqafqaz.com xəbər verir ki, bu xəbəri polşalı publisist Yerji Lyubax deyib.

Onun sözlərinə görə, bunu Rusiyanın “5-ci kolon”unun Polşa rəhbərliyinə hücumları sübut edir.

Lyubax Rusiyanı bütün qonşu ölkələrə “rus nizamı” tətbiq etməyə çalışmaqda ittiham edib.

Publisist hesab edir ki, Polşa milli maraqlar naminə Ukraynaya kömək etməlidir. O, Polşanın Ukraynanın yeganə potensial müttəfiqi olduğunu da bildirib.

Lyubax Ukrayna hakimiyyətini “Üç dəniz” təşəbbüsünə qoşulmağa çağırıb. Əks təqdirdə, bütün Şərqi və Mərkəzi Avropanın Rusiya-Almaniya kondominiuma çevrilə biləcəyini söyləyib.

Qeyd edək ki, “Üç dəniz” Adriatik, Baltik və Qara dənizlərə çıxışı olan 12 Avropa Birliyi ölkəsinin birliyidir.