Rusiyaya məğlub olmaq istisna edilir

20/12/23 1:02

Zelenski müharibədə mümkün məğlubiyyəti istisna edib

Ukrayna prezidenti BBC jurnalistinin Ukraynanın müharibədə tədricən məğlubiyyətə düçar olub-olmayacağı ilə bağlı sualını cavablandıraraq, “Xeyr” deyib.

“Ən çətin vəziyyətdə idik, demək olar ki, tamamilə işğal olunmuşduq – ən azı mərkəzi rayonlar, dövlətimizin maddi-texniki təminatı, avtomobil yolları, dəmir yolları, ərzaq təchizatı, tam blokadada idik. İndi fərqli vəziyyətimiz var”


Zelenski deyib ki, Yaxın Şərqdəki müharibənin arxasında Rusiya dayanır

“Onlar orada diplomatik uğur qazandılar. Bəzi dövlətlər balanslaşdırmağa başlayıblar: ilk olaraq kimə kömək edək – Ukraynaya, yoxsa İsrailə”.

Ömər Məmmədli

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir