Rusməramlıların Qarabağda gizlin əməlləri…

25/01/22 9:16

Qarabağı rus nəzarətində qalan ərazilərdə yaşamış məcburi köçkünlərin sayı 100 min nəfərdən artıqdır. 25 min erməninin abtafasını dolduran rusməramlılar bu günədək, nə daxili kommunikasiyalar açılmayıb, nə də bir nəfər olsun azərbaycanlı öz yurduna qaytarılmayıb.

Noyabrın 10-da Qarabağda hərbi əməliyyatların bitməsi və atəşkəs barədə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin birgə bəyanatın 7-ci maddəsində aydın şəkildə yazılıb: «Daxili məcburi köçkünlər və qaçqınlar Dağlıq Qarabağın ərazisinə və ətraf rayonlara BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisinin nəzarəti altında geri qayıdır». Amma nədənsə Putinin rusməramlıları heykəl qoyub dul erməni qadınlarını «ovutmaqla» məşğul olurlar.

İndi də Maşa Zaxarova aşkarcasına ölkənin sərhəd toxunulmazlığına məhəl qoymadan bəyan edib: “Laçın dəhlizdən kimin keçib kimin keçməyəcəyinə Rusiya qərar verir”.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova keçirdiyi brifinqdə söyləyib ki, Laçın dəhlizi Rusiyanın sülhməramlı kontingentinin nəzarəti altındadır, bu da Azərbaycan və Ermənistan liderlərinin imzaladıqları bəyanatda öz əksini tapıb. Rusiya sülhməramlılarının nəzarət etdiyi zonaya əvvəlcədən xəbər verməklə xarici vətəndaşlar və beynəlxalq təşkilatların nümayəndələrinin buraxılıb-buraxılmamasına komandanlıq qərar verir.

Bu ölkəmizə beynəlxalq qanunlara zidd şəkildə soxulmuş rusməramlıların qanunsuz hərbi birləşmələri bizim sərhədlərimizi «Vodka» mağazasının «dal qapısına» döndəriblər. Yəni rusməramlıların «dal qapı» siyasətini artıq rus-erməni həyasızlığının zirvəsi saymaq olar. Özü də bu «dal qapı qonaqları», ya Rusiyadan, ya da Fransadan gəlir. Qarabağın Ağdərə, Xankənd, Xocavənd, Şuşanın kəndlərinin və Xocalı sakinləri olmuş məcburi köçkünlər öz torpaqları uğrunda mübarizəyə qalxmalıdırlar.

Əslən Xocalıdan olan millət vəkili Elman Məmmədov bu günlərdə yerli saytlardan birinə verdiyi açıqlamada deyib: “Xocalının da ermənilərin nəzarətindən alınmasının vaxtı çoxdan çatıb. Hamımız səbirsizliklə gözləyirik ki, digər rayonlarımız kimi, Xocalı da, bütövlükdə Xocavənd də, keçmiş Ağdərə rayonu da, Xankəndi də düşmən işğalından azad olunsun, düşmən işğalından təmizlənsin. Amma təəssüflər olsun ki, müəyyən səbəblərdən hələ ki bu baş verməyib. Bu gün Xocalı şəhərinin özündə və rayonun ərazisinin çox hissəsində ermənilər yaşayır. Ermənilərlə bərabər rus hərbi kontingenti də Xocalı şəhəri ərazisindədir. Özlərinə pravoslav kilsəsi də tikiblər. Orada-burada dağda, dərədə bir dığa tapan kimi onu gətirib Xocalıda məskunlaşdırırlar. Xocalıda yenidən ermənilər üçün evlər tikirlər. Amma hesab edirəm ki, bu o qədər də uzun çəkməyəcək. Böyük ərazilərimizi düşməndən təmizləyən, düşməni məğlub edən Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə Xocalını da ermənilərdən, düşmənlərdən, cinayətkarlardan təmizləyəcək, bizim idarəetməmizdə olacaq. Biz də doğma yurd-yuvamıza qayıdacağıq. 30 il ərzində hər zaman deyirdik ki, gələn ili Xocalıda, Şuşada, Laçında və digər işğal altında olan ərazilərimizdə keçirəcəyik. Bunun çoxuna nail olmuşuq. Az bir hissə qalıb. İnşallah, oralar da terrorçulardan təmizlənəcək. Doğma yurd-yuvamıza mütləq qayıdacağıq”.

QEYD: Qırıcının yaydığı bu video bir çox bilmədiyiniz məqamlara işıq salır.

Deputat Xocalı soyqırımının 30 illiyində keçirilə biləcək tədbirlərdən də söz açdı: “Hər il olduğu kimi, bi il də yəqin ki, dövlət başçısının rəhbərliyi altında 30 illiklə bağlı tədbirlər planı hazırlanacaq, təsdiq olunacaq. Həmin qrafik üzrə də tədbirlər keçiriləcək”.

Amma ruslar faktiki olaraq Xocalı aeroportu və Daşbulaq istiqamətində, hətta Xocalının özündə geniş miqyaslı inşaat işləri aparmaqdadır. Azərbaycan isə elə ötən əsrdəki kimi susur və lazım olmayan işlərlə məşğul olur. «Köçkün turizmi» ilə bu mənfur rus siyasətinin önündə durmaq sadəlövhlükdür. Rusun və erməninin xislətcə tabe olduğu tək şey hərbi gücdür. Bizlər bu sahədə Ali Baş Komandanın əmrində hər birimiz müsəlləh əsgər olmalıyıq. Bu gün sizləri arxayın salmaq məqsədiylə rus kolonu «ermənilər qaçır», «ermənilər gedir» və s. kimi informasiyaları yayır. Hətta bu gün bəzi üzdəniraq «siyasətçi» biz getdikcə erməninin qaçdığını, yaxud PUA-ların hər şeyi həll etdiyini nadancasına efirə buraxırlar. Amma bu döyüşləri izləmiş biri kimi bildirim ki, döyüşlərin bir cinahda getməsinə baxmayaraq Şanlı Azərbaycan əsgəri hər gün statistik olaraq 289 erməni əsgərini gəbərdib. Bu itkinin ən çoxu 10-20%-ni PUA və s. raketlərlə yerinə yetirilməsi mümkündür. Savaş günü toyuğa, savaş sonrası xoruza dönən bu cür «divan strateqləri» ən azı sussalar yaxşıdır. 2900 şəhidimiz təsadüfü gülləninmi qurbanı olub?

Xatırladaq ki, rusməramlılar ciddi-cəhdlə Rusiyanın iştirakı və təchizatıyla yaradılmış və qəhrəman ordumuz tərəfindən qismən ləğv edilmiş qondarma «artsax müdafiə ordusu» adlı qurumu müasir formada yenidən qurmağa çalışmaqdadır. Faktiki olaraq bəzi strateji mövqelər bu rusların və onların siyasi havadarları tərəfindən ələ keçirilməsi barədə faktlar Rusiyanın «ölü diriltmə» planına bənzəməkdədir. Qondarma separatçı ordusunun bütün silahlarını və mütəxəssislərini kim hazırlamışdı?

Bir faktı da diqqətinizə çatdırmaq yerinə düşər ki, iki yaşayış məntəqəsinin, məhz rus işğal gücləri tərəfindən zəbt edilməsi barədə ermənilər özləri etiraf edirlər: Qaladərəsi (Şuşa) və Qırmızı Bazar (Xocavənd) kəndləri…

Fedai.az Araşdırma Qrupu

P.S. Qırmızı Bazar haqqında video ermənilərə məxsusdur.