Rusiya Səfirinin öldürülməsi nələri ortaya çıxarır?

19/12/16 10:47

Bütün hallarda Ankarada Rusiya Səfirinin öldürülməsi Türkiyənin mənafeyinə, nüfuzuna zədə olacaqdır. Baxmayaraq ki, silahlı terroristin kimliyindən çox şey asılı olacaqdı.Fikirimcə Hələb danışıqları, Suriya probleminin Rusiya, İran, Türkiyə müstəvisinə keçməsi, bu tablonu istəməyən qüvvələri hərəkətə gətirdi və bu hadisə törədildi. Özlüyündə Rusiyanın da işinə yarayan bu hadisə Rusiyanı çəkindirən yox daha yeni manevr fürsəti verən bir hadisə olacaqdır. Türkiyənin isə bu məsələdə halı təyyarə olayında fərqli olsada Suriyaya yönəli siyasətində olduqca mənfi təsiri ola bilər. Hadisənin İranın Hələbdəki işlərinə necə təsir edəcəyi isə olduqca maraqlı məsələdir.

Rusiya Prezidentinin Yaxın Orta Şərq üzrə Xüsusi Nümayəndəsi, Xarici İşlər Nazirinin Müavini Mixail Boqdanov, “Tass xəbər agentliyinə verdiyi açıqlamada Rusiya, İran və Türkiyənin xarici işlər nazirlərinin 20 Dekabrda, Moskvada bir araya gələcəklərini və üçlük formatında Suriya məsələsini müzakirə edəcəklərini bildirmişdir.”Bunun üçün BMT Təhlükəsizlik Şurasının bununla əlaqədar qərarına əsaslanan əsasımız var”  demişdi. Bütün bunlardan sonra bu olayın baş verə biləcəyinə heç də təsadüf kimi baxa bilmirəm.

Qələndər Muxtarlı

Transqafqaz.com