Şəhid oğlu və şəhid qardaşı olan polkovnik dünyasını dəyişib.

01/12/23 8:27

Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki qəfil dünyasını dəyişib.

Polkovnik Tofiq Orucov bu gün səhər saatlarında ürək tutmasından dünyasını dəyişib. Hazırda mərhumun cənazəsi Laçından Bakıya gətirilir.

Qeyd edək ki, Tofiq Orucov Azərbaycan Silahlı Qüvvələrinin tanınmış zabitlərindən biri olub. Uzun illər cəbhə xəttində xidmət edərək yüksək vəzifəyə yüksəlib. Daha sonra ehtiyata çıxarılıb.

Onu da xatırladaq ki, Tofiq Orucovun atası Miryusif Orucov və qardaşı Rafiq Orucov Birinci Qarabağ müharibəsi şəhidləridir.

Allah rəhmət eləsin

Məmmədli Ömər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir