Səngəçalda 5 gün əvvəl partlayış baş vermiş qaz kəmərində yenidən partlayış olub

02/01/17 10:59

2016-cı il dekabrın 27-də Qaradağ rayonu Səngəçal qəsəbəsi ərazisində partlayış baş vermiş qaz xəttində yenidən partlayış olub.

 

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yanğınla nəticələnən partlayış bu gün saat 07 radələrində kəmərin eyni yerində qeydə alınıb.

 

Hadisədən dərhal sonra FHN-in canlı qüvvəsi və texnikası əraziyə cəlb olunub.

 

Ərazidə təhlükəsizlik tədbirləri görülüb, Qaz Emalı Zavodundan Səngəçal Baş Qurğularına gedən, diametri 1000 mm-lik magistral qaz kəmərinə qaz vurulması dayandırılıb.

 

Yanğın lokallaşdırılıb, tam söndürülməsi üçün tədbirlər davam etdirilir.