Səudiyyə Ərəbistanından İrana məzhəb ayrılığı ittihamı!

19/12/16 8:40

Səudiyyə Ərəbistanının Xarici İşlər Naziri Adil əl Cübeyr, İranı məzhəb ayrı-seçkiliyi məsələsində sərt bir dillə tənqid etdi və bu təhlükəyə qarşı güclü tədbirlər görməsinin vacib olduğunu söyləyib.

Adil əl Cübeyr, “Dünya ölkələrindən, İranın regiondakı proseslərə müdaxiləsinin olduqca zərərli olduğunu, terrora dəstək verməsini, məzhəb təməlli fitnə tonqalını yandırmasını və Hörmüz boğazındakı dəniz nəqliyyatı üzərində yaratdığı təhlükəyə qarşı güclü tədbirlər almasını tələb edirik” deyə bildirib.

Kütləvi informasiya vasitələrində yayımlanan xəbərlərə görə; Səudiyyə Ərəbistanı Xarici İşlər Naziri Adil əl Cübeyr, rəsmi təmaslarında Səudiyyə Ərəbistanının paytaxtı Ər-riyada gələn ABŞ Dövlət Katibi Con Kerri ilə bir araya gəlib.

İRANA QARŞI TƏDBİR GÖRMƏLİDİR

Kerri ilə birgə mətbuat konfransı keçirən Cübeyr, “Dünya ölkələrindən, İranın Bəhreyn, Yəmən, Səudiyyə Ərəbistanı, Suriya, və İraqdakı fitnəkar müdaxilələrini, terrora dəstək verdiyini deyib.

Transqafqaz.com