Səlahəddin Əyyubi – milliyetçe kim olmuşdur?

10/10/21 8:04

Səlahəddin Əyyubinin kimliyi uzun müddətdir müzakirə obyektinə çevrilib. Səlahəddin Əyyubi kimdir, türk, ərəb, yoxsa kürd? Indi Səlahəddinə və Əyyubi dövlətinə çox uzaqdan, qisa, amma heç bir fikir sahibinin inkar etməyəcəyi, artıq tarix elmində müzakirəsiz qəbul edilən faktlarla baxaq. Buna nəzər yetirən zaman Əyyubilərdən bir az əvvələ getməli olacağıq. Səlcuq sultanının Atabəyi olan Zəngi, Bəsrə valisi olduğu zaman Bağdad xəlifəsinin əsgərlərinə qalib gələrək tarixə düşür. Zəngi, Suriyada və Mesopotamiyada güclü dövlət qurur. 1144-cü ildə xaçlıların önəmli qalalarından olan Hələb Kontluğunu ələ keçirir. Bundan iki il sonra ölən Atabəy Zənginin yerinə oğlu Nurəddin Zəngi gəlir. Yenə eyni dövrdə Misirdə uzun müddət davam edən Fatimi səltənəti zəifləmişdi və xaçlılar bu dövlət üçün təhlükə idi. Fatimilərdə hakimiyyətdə olan baş vəzir Şəvar, təhlükə qarşısında Nurəddin Zəngidən yardım istəyir. Nurəddin Zəngi, Fatimi xəlifəsinə yazdığı cavabda , köməyə türkləri göndərəcəyini, onlara güvəndiyini və franklara qarşı mübarizə aparacaq yeganə qüvvənin yalnız türk oxları olduğunu bildirir. Nurəddin Zənginin türklərdən təşkil olunan ordusunun komandirinin adı Şirkuk idi. Onun yanındakı Səlahəddin Əyyubi də Şirkukun qardaşı oğlu idi. Uzun muddət çəkən müharibədən sonra Şəvar olür. Hakimiyyətə Şirkuk, o da öldükdən sonra Səlahəddin Əyyubi gəlir. Bundan sonra dövlət “Dovlət – ül Türk” olaraq tanınır. Bu tarixi sənədlərdə də əks olunub. O dövrun tarixçilərdindən biri Ibn Attar, Fatimilərinin sonunun Fatimi səltənətindən türklərin səltənətinə keçid olduğunu yazır. Yenə 1182- ci ildə yazılmış və Səlahəddin Əyyubinin uğurlarından bəhs edən bir şeirdə türklərin hakimiyyəti nəticəsində ərəb səltənətinin güclü və hörmətli hala gəldiyi yazılıb. Üstəlik dövlətin dili də türk dilidir və Səlahəddin Əyyubinin uşaqlarının adları da turk adları olub. Əyyubilərdən sonra qurulan Məmlük dövləti, “türk” sözünün ərəbcə qarşılığı “ətrak” sözündən istifadə edilərək “Dövlət- ül Ətrak-Türklərin dövləti” adlandırılıb. Tarixə real sənədlərdən baxıldığı zaman, həm Əyyubilərin kürd dövləti olmadığını, həm də nə Əyyubilərdən əvvəl nə də sonra qurulmuş heç bir kürd dövlətinin olmadığının şahidi oluruq.

Transqafqaz.com