“Sənət dünyasının böyük itkisi-Yaqub Cem aramızdan ayrıldı”.

19/08/25 11:24

Bütöv Azərbaycanın, Türk dünyasının dünyaca məşhur rəssamı, Təbriz doğumlu, ömrünün əhəmiyyətli bir hissəsini Təbrizdə yaşayıb yaradan dəyərli sənətkar Yaqub Cemin vəfatı xəbərini dərin hüznlə qarşıladıq. Bu böyük milli itki münasibətilə mərhumun ailəsinə, bacısı Əşrəf xanıma, Cəlal ağaya və bacısı oğlu Babək bəyə dərin kədərimizi bildirir, onlara səbr arzulayırıq.

Yaqub Cem ömrünü vətənə, sənətə həsr etmiş, Azərbaycan mədəniyyətinə bənzərsiz töhfələr vermiş böyük şəxsiyyət kimi daim xatırlanacaqdır.

Mərhum 20 avqust 2025-ci il tarixində Ankarada karşıyaka məzarlığında dəfn olunacaqdır.

Allah rəhmət eləsin, ruhu şad olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir