🤔 Saakaşvili 2008-ci ilin avqustunda Rusiya ilə müharibədən qaçmaq üçün 7 şərti açıqladı
“Mənim İvanişvilinin danışan başçılarına cavabım! 2008-ci il müharibəsinin qarşısını almaq mümkün idimi? Bəli, mümkün idi. Bunun üçün nə etməliydik:
1️⃣ Aslan (Aslan Abaşidze – 1991 – 2004-cü illərdə Acarıstanın rəhbəri, 2006-cı ildə Acarıstan parlamentinin sədr müavinini qəsdən öldürməkdə təqsirləndirilən və İnterpol tərəfindən beynəlxalq axtarışa verilmişdi) Acarıstanda buraxılsın və Batuminin inkişaf planlarından imtina edilsin;
2️⃣ Putinin birbaşa tələb etdiyi kimi, təhlükəsizlik qüvvələrinin başına onların agentlərini təyin etməli idik;
3️⃣ Korrupsiya ilə mübarizə aparmalı deyildik, çünki Gürcüstanda Rusiyanın təsiri əsasən onun üzərində qurulmuşdu;
4️⃣ Rusiya islahatları təhlükəli presedent hesab etdiyi üçün, heç bir islahat aparmamalıydıq;
5️⃣ Avropa Birliyinə və NATO-ya doğru irəliləməməliydik;
6️⃣ Biz Rusiyanın enerji sxemlərindən əl çəkməməli, Gürcüstanı qaranlıqda tərk etməliydik;
7️⃣ Biz Gürcüstan ordusunu və hərbi istehsalını yaratmamalıyıq”, – Saakaşvili Facebook-da yazıb.
Məmmədli Ömər