Saakaşvili böyük qayıdışın tarixini açıqladı

16/08/17 10:49
Sentyabr ayının 10-da Ukraynaya qayıdacağam.
Bu sözləri Gürcüstanın keçmiş prezidenti, Odessa vilayətinin qubernatoru olmuş Mixail Saakaşvili Facebook səhifəsində canlı yayım zamanı deyib.
O, Ukraynaya Polşadan, “Krakoveç” sərhəd-keçid məntəqəsindən daxil olacağını bildirib:
“Mənimlə bağlı hər şey yaxşıdır. Mənə bir neçə Avropa ölkəsinin vətəndaşı olmağımla bağlı təkliflər oldu. İş təklifləri olsa da, mənə görə deyildi. Mən Ukraynanı oliqarxlardan təmizləmək üçün ukraynalılar qarşısında məsuliyyət daşıyıram”.
Saakaşvili onu əlavə edib ki, ölkəyə qayıdan kimi vətəndaşlıq hüququnun bərpa edilməsi üçün məhkəməyə müraciət edəcək.
Kamal Əsgər