Saakaşvili dönəminə dair yaxşı bir nümunə…..

09/01/17 9:17

Ekspert Rövşən Ağayevin Facebook səhifəsində Gürcüstanın yaxın tarixini əks etdirən maraqlı bir məlumat paylaşıb. Yazını olduğu kimi təqduim edirik.

Gürcüstan Mərkəzi Bankının statistik məlumat bazasını gözdən keçirirəm.
Saakaşvili hakmiyyətə gələndə Gürcüstan Mərkəzi Bankının valyuta ehtiyatları cəmi 193 mln. USD olub, hakimiyyəti təhvil verəndə 3.1 mlrd. USD – artım 16 dəfə və ya 2.8 mlrd. USD.
Saakaşvilidən əvvəl – 1995-2003-cü illərdə valyuta ehtiyatları 8 il ərzində 175 mln. USD-dən 193 mln. USD-ə yüksəlib – artım cəmi 10% və ya 18 mln. USD.
İvanaşvili komandasının hakimiyyətdə olduğu son 4 ildə ehtiyatlar 3.1 mlrd. USD-dən 2.8 mlrd. USD-yə enib- 300 mln. USD və ya 10 azalma.
Yaxşı lider və yaxşı komandanın işini qiymətləndirmək üçün bu da bir göstəricidi…

Transqafqaz.com