Saakaşvili Gürcüstan Prezidentinə müraciət ünvanlayıb

20/11/23 10:36

🇬🇪 Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili hazırkı Prezident Salome Zurabişviliyə müraciət edərək onu əfv etməsini istəyib.

Həbsdə olan siyasətçi Zurabişvilinin Le Monde-a müsahibəsini şərh edib və bildirib ki, özünü yaxşı hiss edir, lakin, sabiq və həbsdə olan prezident, azad edilərsə reabilitasiya üçün xaricə getməyə ehtiyacı olduğunu bildirib. Əlavə edib ki, əfv olunması ilə Gürcüstanda siyasi tarazlıq bərpa olunardı.

Sabiq prezident azad olunması ilə siyasi fəaliyyətinə qayıdacağını və partiya işlərini sahmana salacağını da bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir