Sabah Bakıda yağış, rayonlarda qar gözlənilir

24/12/16 8:10

Dekabrın 25-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı gözlənilir. Axşam bəzi yerlərdə intensivləşəcəyi ehtimalı var.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, mülayim şimal küləyi əsəcək. Havanın temperaturu gecə 2-4° isti, gündüz  6-8° isti, Bakıda gecə 2-4° isti, gündüz  6-8° isti olacağı gözlənilir.

 

Atmosfer təzyiqi 763 mm civə sütunu təşkil edəcək.  Nisbi rütubət  80-90% təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq, mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 3-7° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacağı gözlənilir.