“Şahdəniz” yatağı 2048 ci ildə də yüksək məhsuldarlığa malik olacaq.

22/11/23 8:08



Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağı 2048-ci ildə hələ də böyük potensiala və məhsuldarlığa malik olacaq.

Bunu BP-nin “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağının işlənməsi üzrə meneceri Əfqan Hüseynov Neft Mühəndisləri Cəmiyyətinin (SPE) təşkil etdiyi 10 illik yubiley Xəzər Texniki Konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, “Şahdəniz” 2006-cı ildə istismara verilib və o vaxtdan bəri yataqdan hasil edilən qaz regional və Avropa bazarlarına çıxarılıb.

Ə.Hüseynov onu da qeyd edib ki, 2048-ci ildə (hazırkı “Şahdəniz”in hasilatının paylanması müqaviləsinin müddəti başa çatan il – red.) yataqda lay təzyiqi kifayət qədər yüksək olacaq.

“Bu, həm də Xəzər hövzəsinin əhəmiyyətini göstərir və onun nəhəng ehtiyatlarını nümayiş etdirir”, – BP nümayəndəsi vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir